2:0 “Qarabağ”ı və bizi aldatmasın!

11:40 Qarabağ 140
2:0 “Qarabağ”ı və bizi aldatmasın!

«Dinamo» ilə cavab qarşılaşması nə göstərdi?

Bakıda gördüyümüz əsas fərq «Qarabağ»ın oyuna münasibəti idi.

Kiyevdəki ilk matçdan fərqli olaraq, Qurban Qurbanovun komandası cavab görüşünə gözləmə mövqeyində başlamadı.

İlk dəqiqələrdən daha aqressiv pressinq, rəqibin ilk ötürməsinə təzyiq və top itkisini mümkün qədər «Dinamo»nun qapısına yaxın ərazidə yaratmaq cəhdi gördük.

Kiyevlilərin baş məşqçisi İqor Kostyuk da matçdan sonra ilk hissədə «Qarabağ»ın çox aqressiv oynadığını və futbolçularına sıx pressinq etdiyini xüsusi vurğuladı.

Qurbanov 4-2-3-1 strukturu ilə başladı: arxada Mateus Silva–Varqonyi–Bəhlul Hüseynov–Elvin Cəfərquliyev, mərkəzdə Pedro Bicalho və Marko Yankoviç, onların qarşısında Muaddib–Kadi–Zubir, hücumun ucunda isə Kaşuk.

Bu quruluşun üstünlüyü ondan ibarət idi ki, «Qarabağ» topu qazandıqda hücuma çıxmaq üçün artıq meydanda kifayət qədər texnikalı oyunçuya sahib idi.

Zubir və Kadi xətlər arasında top qəbul edə bilir, Muaddib birə-bir epizod yaradır, Kaşuk isə həm cərimə meydançasına daxil olur, həm də cinah oyunçularına boşluq açır.

12-ci dəqiqədə gələn erkən qol oyunun psixologiyasını tam dəyişdi.

«Qarabağ» artıq cütün hesabını bərabərləşdirmişdi və «Dinamo»nun ilk oyundan qalan üstünlüyü yox olmuşdu. İkinci qol isə yenə cinahdan quruldu: Elvin Cəfərquliyevin ötürməsini Kaşuk tamamladı.

Amma 2:0 hesabı bizi yanıltmamalıdır.

Bu, «Qarabağ»ın 90 dəqiqə rəqibi tam boğduğu oyun deyildi. İkinci hissənin müəyyən hissəsində «Dinamo» təşəbbüsü ələ aldı və Kostyuk da bunu matçdan sonra qeyd etdi.

Fərq ondan ibarət oldu ki, «Qarabağ» öz imkanlarını reallaşdırdı, «Dinamo» isə yox.

Məhz buna görə «Twente» ilə oyuna yalnız 2:0 nəticəsinin yaratdığı emosional fonda baxmaq təhlükəlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!