İnfantinonu dəstəkləməkdən imtina etdi - Daha bir federasiya

18:40 Dünya futbolu 120
İnfantinonu dəstəkləməkdən imtina etdi - Daha bir federasiya

Yeni Zelandiya Futbol Federasiyası (YZF) Canni İnfantinonun FİFA prezidenti vəzifəsinə namizədliyini dəstəkləməmək qərarına gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, federasiya həmçinin, FİFA Forward Enterprise layihəsinin hazırlanması ilə bağlı görülən işlərin müstəqil şəkildə araşdırılmasını tələb edib.

Qurum bəyanatda bildirib:

“YZF diqqətlə araşdırdıqdan sonra FİFA daxilində qərarların və hərəkətlərin beynəlxalq futbol daxilində etimadın azalmasına və bölünmələrin dərinləşməsinə səbəb olduğu və etimadın, etibarın bərpası üçün müstəqil bir araşdırmanın zəruri olduğu qənaətinə gəlib.

YZF hesab edir ki, bu, bütün FİFA üzv assosiasiyaları üçün dünya futbolunun idarə olunmasında etimadın qorunmasında əsas olan daha effektiv idarəetmə, hesabatlılıq və şəffaflıq üçün mübarizə aparmaq baxımından bir fürsətdir”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı