Bölgə klubu onu yarım milyona satıb, 100 minə başqasını aldı

19:00 Qəbələ 155
Bölgə klubu onu yarım milyona satıb, 100 minə başqasını aldı

“Qəbələ” yay fasiləsində növbəti transferini gerçəkləşdirib.

Bölgə təmsilçisi braziliyalı Edson Eduardonu heyətinə qatıb.

“Vestri”dən cəlb olunan mərkəz müdafiəçisi azərbaycanlı futbolsevərlərə yaxından tanışdır. O, ötən ay İslandiya təmsilçisinin heyətində “Qarabağ”a qarşı hər iki oyunda meydanda olub.

Elə “Qəbələ” rəsmiləri də onu həmin matçlarda görüb və bəyənib.

“Qırmızı-qaralar” Edsonu heyətinə qatmaq üçün “Vestri” ilə təmas qurub. Klub rəsmiləri futbolçunun da razılığını nəzərə alaraq onu buraxmağı qərara alıb. Bir şərtlə...

“Qəbələ” məlum transferə görə təzminat ödəməlidir. Ödəyib də.

Prins Ovusunun Slovakiyanın “Dunayska Streda” klubuan satışından təxminən 250 min avro (500 min manat) qazanan bölgə təmsilçisi Edsona görə xərcə düşüb.

“Vestri” sosial şəbəkə hesablarında etdiyi paylaşımda braziliyalının satışından pul qazandığını açıqlayıb.

Əldə etdiyimiz bilgiyə görə, həmin məbləğ 50 min avro təşkil edir. Bu da təxminən 100 min manat deməkdir.

24 yaşlı futbol “Vestri”yə gələnə qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta”, Tunisdə “Qabes”in uğurları üçün tər töküb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı