Penaltiləri boş qapıya vurdular, qələbəni böyük sevinclə qeyd etdilər - VİDEO

14 Avqust 15:20 Dünya futbolu 548
Penaltiləri boş qapıya vurdular, qələbəni böyük sevinclə qeyd etdilər - VİDEO

“Malaqa” və “Fulhem” arasında keçirilən yoldaşlıq görüşündə maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, onların arasında keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

İspanlar rəqibinə penaltilər seriyasında qalibi müəyyənləşdirməyi təklif ediblər. İngilislər isə bunun əvvəlki razılaşmada qeyd olunmadığını bildirərək meydandan ayrılıblar.
“Malaqa” futbolçuları isə penaltiləri boş qapıya vuraraq qələbəni böyük sevinclə qeyd ediblər.

“Fulhem”in penaltilər seriyasına qalmamasına səbəb isə təyyarəyə gecikmələri olub. Onları ölkəsinə qaytaracaq reysə çatmaq üçün komanda arenadan tələsərək ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM