Yeni sezonda çempionluğun əsas favoriti açıqlandı - Premyer Liqada

15 Avqust 01:30 İngiltərə 474
Yeni sezonda çempionluğun əsas favoriti açıqlandı - Premyer Liqada

“Opta” superkompüteri 2026/27 mövsümündə İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparacaq komandaların şanslarını hesablayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hesablamalarda ən yüksək şans “Arsenal”a verilir.

“Topçular”ın ardıcıl ikinci mövsüm çempion olmaq ehtimalı 38 faizdir.

İkinci pillədə 20,5 faizlə “Mançester Siti” qərarlaşıb.

Digər komandaların çempionluq şansları isə 10 faizdən aşağıdır:

“Liverpul” – 9,2 faiz

“Mançester Yunayted” – 6,2 faiz

“Aston Villa” – 4,8 faiz

“Çelsi” – 4,1 faiz

“Tottenhem” – 2,9 faiz

Beləliklə, “Opta”nın proqnozunda “Arsenal” əsas favorit, “Mançester Siti” isə onun ən yaxın izləyicisi kimi göstərilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM