“Turan Tovuz”un futbolçusu Denis Marandiçi komanda ilə məşqlərə başlayıb.
İlyarımdır yaşıl meydanlardan uzaq düşən moldovalı oyunçu komandanın Türkiyə toplanışında iştirak edib.
Təbii ki, bu xəbər tovuzlu azarkeşləri sevindirməlidir.
Lakin o, indiki məqamda meydana çıxmağa tam hazır deyil.
Əsas səbəb uzun müddət oynamadığına görə idman formasından uzaq düşməsidirsə, digər səbəb ağır zədədən sonra psixoloji sarsıntı keçirməsidir.
Hələ ki, toplu ağır çalışmalarda iştirakına icazə verilmir. Həkimlər Denisin tədricən uyğunlaşacağını və hələ bir müddət gözləməli olduğunu deyir.
Bu isə bir az vaxt aparacaq. Təxminən 1,5-2 ay. Başqa cür desək, yaşıl meydanlara dönüşü oktyabr ayına təsadüf edəcək. Təbii ki, zədəsini təzələməsə.
Maraq üçün bildirək ki, 2024-cü ilin dekabrında “Turan Tovuz” – “Sabah” matçının gedişində rəqib hücumçu Pavol Şafranko ilə toqquşma zamanı 29 yaşlı sol cinah müdafiəçisinin ayağı sınmışdı.
HƏBİB / SPORTİNFO.AZ
