İngiltərəli müdafiəçi Premyer Liqadan təklif aldı

15 Avqust 00:00 İngiltərə 464
İngiltərəli müdafiəçi Premyer Liqadan təklif aldı

Leverkuzen “Bayer”inin müdafiəçisi Jarel Kuansa karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Arsenal” maraqlanır.

“Topçular” artıq “Bayer”lə transferlə bağlı danışıqlara başlayıb.

Almaniya klubu müdafiəçisini satmaq istəmir. Bu səbəbdən, “Arsenal” Kuansanı heyətinə qatmaq üçün kifayət qədər ciddi məbləğ ödəməli olacaq.

İngiltərəli futbolçu “Bayer”ə ötən yay “Liverpul”dan keçib. Leverkuzen təmsilçisi onun transferi üçün 35 milyon avro ödəyib.

İngiltərə millisinin üzvü “Bayer”in heyətində bütün turnirlərdə 44 matça çıxıb və 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM