Son iki mövsümdə II Liqada mübarizə aparmış «Araz Saatlı» fəaliyyətini dayandırıb.
Buna səbəb maliyyə çatışmazlığıdır.
Yerli iş adamlarının biganə münasibət göstərdiyi klub «baş»ını yerə qoymaq məcburiyyətində qalıb.
Son 3 ildə prezident vəzifəsini yerinə yetirmiş Ədalət Abdullayevin «Araz»ı yaşatmaq üçün döymədiyi qapı qalmayıb.
Demək olar bütün saatlılı biznesmenlərə, rayonda fəaliyyət göstərən şirkət və müəssisələrə müraciət edib, fəqət, kimsə yaxın gəlməyib.
Odur ki, II Liqanı tərk eləyən aran təmsilçisi Region Liqasında yarışmayacaq.
Böyük futbol səhnəsindən geri çəkilən «Araz»ın üzərindən borc yükü hələ silinməyib.
Bir neçə min manatlıq ödəmələr qalmaqdadır. Xidmətindən yararlandığı məşqçi və futbolçuların hələ alacaqları var.
SPORTİNFO.AZ
