“Turan”ın gələcəyi Ehtiram Quliyevin vecinə deyil - Ürək ağrıdan FOTO

15:00 Turan 172
“Turan”ın gələcəyi Ehtiram Quliyevin vecinə deyil - Ürək ağrıdan FOTO

Bu gün Azərbaycanda yeni mövsümə start veriləcək. Premyer Liqa ilə yanaşı, Əvəzedicilər Liqasında mübarizə başlayacaq.
«Turan Tovuz» növbəti sezona hərtərəfli hazırlıq görməyib. Ehtiram Quliyev yalnız əsas komanda ilə maraqlanır, «dubl» onun heç qulağına da deyil. Klubun sosial şəbəkə hesablarında paylaşdığı fotolardan bunu görmək olar. Belə ki, Nizami Ocaqverdiyevin çalışdırdığı «Turan Tovuz-2» çempionatın startı ərəfəsində adi diqqətdən də uzaqdır. Təqdim etdiyimiz fotoya baxın, vəziyyətin nə dərəcədə bərbad olmasını biləcəksiz.
Məşqə çıxan futbolçulardan yalnız birinin əynində «Turan»ın forması var, digərlərinin isə hərəsi bir geyimdədir. Hətta «Qəbələ»nin formasını geyinmiş gəncə də burada rast gələrsiz. Adi forma nədir ki, Ehtiram Quliyev onu da bu tovuzlu cavanlara çox görür? İdarə Heyətinin sədrinin guya, bun(lar)dan xəbəri yoxdur? Var, əlbəttə! Bazanın üzərindən bir quş da açan da, ona bu barədə məlumat verirlər. Elə isə Quliyev əvəzedici heyətə nədən belə etinasız münasibət göstərir?
Səbəbi bir dənədir - o, özünü əsas komanda ilə reklam etmək yolu seçib. Sədri klubun perspektivi, akademiya maraqlandırmır, fikri-zikri yalnız Premyer Liqadadır. Kurban Berdiyev antipatik futbolu ilə oyun udsun, o da çıxsın media önünə, bəlağətli danışsın, avrokuboklardan dəm vursun. Jurnalist və mikrafon görəndə gözünə işıq gələn Ehtiram bəyə məsləhət görərdik ki, hərdən akademiyaya, əvəzedici heyətə də vaxt ayırsın, problemlərini öyrənsin, onları həll eləsin. Bunları indi yoluna qoysa, «Turan»ın böyük hədəflərindən danışmaq qaçmır. Özünü ictimaiyyətin gözunə soxmaqla deyil, yeniyetmə-gənclər futbolu baxımsız durumdadır. «Turan»ın gələcəyi bu uşaqlardır, o legionerlər bu gün var, sabah yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı