"Kriştianu Ronaldo qatildir"

16 May 2020 17:48 İtaliya 1 590
"Kriştianu Ronaldo qatildir"

"Kriştianunun oyun tərzi gənc yaşları ilə müqayisədə dəyişib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Yuventus"un futbolçusu Corco Kyellini "goal.com"a açıqlamasında komanda yoldaşı Kriştianu Ronaldo barədə danışarkən deyib.

İtaliyalı müdafiəçi bildirib ki, 35 yaşlı hücumçu böyük matçlarda qazandığı təcrübə syəsində daha da güclənib: "O, qatildir. Kiçik klublarla oyunlarda parlaq çıxış etməyə bilər.

Böyük qarşılaşmalarda isə inanılmazdır. Ronaldo Çempionlar Liqasına daha ciddi köklənir. Matçların intensivliyini və əhəmiyyətini hiss edir. Bu isə onun mühərrikini işə salır".

Kriştianu Ronaldo bu mövsüm A Seriyasında 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Digər turnirlərdə isə 4 dəfə rəqib qapılarına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti