Suaresin komanda yoldaşında koronavirus aşkarlandı

13 May 2020 15:32 İtaliya 397
Suaresin komanda yoldaşında koronavirus aşkarlandı

İtaliyanın “Fiorentina” klubunda koronavirusa yoluxan futbolçulardan birinin kimliyi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu, müdafiəçi Martin Kaseresdir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Fiorentina” cəbhəsi də 33 yaşlı müdafiəçinin koronavirus testinin müsbət nəticələndiyini təsdiq edib.

“Fiorentina” klubu 6 üzvündə virus aşkarlandığını açıqlayıb. Bunlardan 3-ü futbolçudur.

Karyerası ərzində “Yuventus”, “Barselona”, “Latsio” kimi klublarda çıxış edən Kaseres, 2019-cu ilin avqustundan “Fiorentina”dadır.

Digər Xəbərlər
Xəbər Lenti