ŞOK ETİRAZ: Geri dönmədi və zəngə cavab vermədi

12 May 2020 16:42 İtaliya 905
ŞOK ETİRAZ:  Geri dönmədi və zəngə cavab vermədi

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo İtaliyaya qayıtmaqdan imtina edir.

Sportinfo.az xəbər verir ki, futbolçu maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, Turin klubu koronavirus pandemiyasının yaratdığı ağır iqtisadi çətinlik səbəbindən futbolçuların maaşında ixtisar edib.

Hazırda komanda məşqlərini bərpa etsə də, 25 yaşlı oyunçu vətəni Fransadadır və uzun müddət orada qalmaq fikrindədir. Məlumata görə, Rabyo geri qayıtmaqla bağlı “Yuventus”un zənginə cavab verməyib. Sonra isə o, Turinə getməyəcəyini bildirib.

“Yuventus” isə futbolçunun bu addımını qeyri-peşəkarlıq kimi qiymətləndirir. Onlar hesab edir ki, Rabyo əslində onun İngiltərə Premyer Liqada oynamasını istəyən anası və agentinin sözlərinə uyaraq geri qayıtmır.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!
12 Dekabr 00:20 "Məsələ mən deyiləm"