Sevgilisi Ronaldonun formasını hərraca qoydu - FOTO

10 May 2020 21:00 İtaliya 647
Sevgilisi Ronaldonun formasını hərraca qoydu - FOTO

"Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun sevgilisi Corjina Rodriqes futbolçunun idman köynəyini hərraca çıxarıb.

Sportinfo.az xəbər verir ki, hərracdan əldə ediləcək vəsait ispan xəstəxanalarının koronavirusla mübarizəsinə yardım üçün sərf ediləcək.

"Koronavirusla bağlı xəstəxanalar, tibb bacıları, həkimlər, bütün tibb personalı və pasiyentlər köməyimizə ehtiyac duyduğu indiki dəhşətli vaxtda biz narahatlıq keçiririk. İspaniya koronavirus pandemiyasına görə çox əzab çəkir və mən buna görə kömək etmək istəyirəm.

Mən sevimli geyimimi, həmçinin unikal və olduqca xüsusi predmeti, “Yuventus”un üzərinə Kriştianu Ronaldu yazılmış futbolkasını hərraca çıxarmağa hazıram. Mənim satışımın ümumi həcmi COVID-19 ilə mübarizə üçün ispan xəstəxanalarına ianə ediləcək", - Rodriqes “Instagram”dakı hesabında yazıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu