“Qarabağ”ın istədiyi qapıçı: "Bunun üçün isə heç bir şərt qoymayacam”

7 May 23:00 İtaliya 529
“Qarabağ”ın istədiyi qapıçı: "Bunun üçün isə heç bir şərt qoymayacam”

“Milan”ın qapıçısı Asmir Beqoviç müqaviləsinə sadiq qalacaq.

Sportinfo.az xəbər verir ki, icarə əsasında “rossonyerlər”in formasını geyinən veteran qolkiper sözləşməsinin gələn ay başa çatacağına baxmayaraq, mövsümün sonuna qədər komandanı tərk etməyəcək.

Cari mövsümün ilk yarısını “Qarabağ”da keçirən və müqavilə ilə “Bornmut”a məxsus olan Bosniya və Herseqovina millisinin üzvü İngiltərə klubuna dönməyə tələsmir: “Futbol üçün çox darıxmışam. “Milan”la mövsümün başa vuracağam. Bunun üçün isə heç bir şərt qoymayacam”.

Koronavirus pandemiyası səbəbindən dayandırılan A seriyasının iyunda bərpası planlaşdırılır. Yerli hökumət klublara mayın 18-dən sonra məşqlərə başlamaq icazəsi verib.

“Qarabağ” mövsümün sonunda Beqoviçi yenidən icarəyə götürmək niyyətindədir.

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...