"Alternativ variant yarışı ləğv etmək idi, bunu kimsə istəmədi"

6 May 2020 01:52 İtaliya 609
"Alternativ variant yarışı ləğv etmək idi, bunu kimsə istəmədi"

İtaliyanın idman naziri Vinçenso Spadafora ölkənin futbol liqalarını davam etdirmək üçün əlindən gələni edəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, RAI 1 kanalına danışan funksioner bu həftə qərar veriləcəyini deyib:

"A Seriyasının təhlükəsiz şəkildə davam etdirilməsi üçün əlimdən gələni edəcəm. Liqanın nə vaxt bərpa ediləcəyini söyləyə bilmərəm.

Alternativ variant Fransadakı kimi yarışı ləğv etmək idi, amma bunu kimsə istəmirdi. Əgər oyunlar keçirilməsə, etirazlar çoxalacaq. Ümid edirəm ki, buna gərək olmayacaq və çempionat davam etdiriləcək".

Spadafora oyunların keçiriləcəyi halda, stadionlara azarkeşlərin buraxılmayacağını deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti