“Eşitmişəm ki, nazir mövsümün dayandırılması ilə bağlı qərar verəcək"

5 May 2020 18:20 İtaliya 720
“Eşitmişəm ki, nazir mövsümün dayandırılması ilə bağlı qərar verəcək"

“Latsio”nun idman direktoru İqli Tare A seriyasının bərpası ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Tare idman nazirinin mövsümün bərpasına icazə verməyəcəyi ilə bağlı yayılan məlumata da münasibət bildirib.

O, siyasilərin belə qərar vermək hüququnun olmadığını deyib: “Eşitmişəm ki, bu həftə idman naziri mövsümün dayandırılması ilə bağlı qərar verəcək. Siyasilər bununla bağlı səlahiyyət sahibi deyillər.

FİFA, UEFA və İtaliya Futbol Federasiyası bildirib ki, nə zaman mümkün olacaqsa, həmin vaxtda da mövsüm bərpa olunacaq.

Əgər biz iyunda bunu edə bilməyəcəyiksə, onda məqamın çatmasını gözləyəcəyik. Mən avqust və sentyabrdan danışıram. Hesab edirəm ki, mövsümün başa çatdırılması növbətisi üçün əla işarə olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti