“Barsa” ilə danışıq apardıqlarını etiraf etdi

5 May 2020 12:00 İtaliya 739
“Barsa” ilə danışıq apardıqlarını etiraf etdi

“Yuventus” “Barselona” ilə transfer danışqları apardığını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmisi Fabio Paratiçi məlumat verib.

O, “Barselona” ilə bir neçə transfer sövdələşməsi apardıqlarını etiraf edib: “ Bəzi futbolçuların dəyişdirlməsi ilə bağlı müzakirələrimiz olur. Məsələn, Pyaniçlə Arturun.

Biz nəinki “Barselona”, digər klublarla da müətəmadi olaraq belə danışıqlar aparırıq. Transfer bazarı barədə söhbət edirik, gələcəkdə nələr ola biləcəyini müzakirə edirik”.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, “Barselona” “Yuventus”un futbolçusu Miralem Pyaniçi transfer etmək istəyir və bunun üçün Arturo Ramosu vermək niyyətindədir. Amma o da bildirilirdi ki, “Yuventus” Pyaniçin əvəzində Serxio Robertonu əldə etməyi planlaşdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti