"Hər şey kluba bağlıdır, mən işin maliyyə tərəfini düşünmürəm”

5 May 2020 01:40 İtaliya 585
"Hər şey kluba bağlıdır, mən işin maliyyə tərəfini düşünmürəm”

Adı “Milan”la yanaşı çəkilən “Leyptsiq”in keçmiş baş məşqçisi Ralf Ranqnik açıqlama verib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis, “qırmızı-qaralar”ın onunla maraqlandığını təsdiqləyib:

“Milan” mənimlə əlaqə saxladı, lakin koronavirusun yayılmasından sonra diqqət edilməsi lazım olan başqa məsələlər ortaya çıxdı. Mənim klub üçün uyğun olub-olmamağım da bu məsələlərə daxil idi. Hər şey kluba bağlıdı, mən işin maliyyə tərəfini düşünmürəm”.

Karyerası ərzində “Zalsburq”, “Şalke”, “Leyptsiq” kimi komandaları çalışdıran Ranqnik, hazırda MLS təmsilçisi “Nyu York Red Bullz”da skaut rəhbəri vəzifəsində işləyir. “Milan”ı hazırda Stefano Pioli çalışdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti