Nazir “olmaz” deyir, klublar futbolçuları çağırır

5 May 2020 00:00 İtaliya 729
Nazir “olmaz” deyir, klublar futbolçuları çağırır

“Yuventus” məşqləri bərpa etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi İtaliyadan kənarda olan bütün futbolçulara qayıtmaqla bağlı göstəriş verib.

İtaliyada karantin qaydaları nisbətən yüngülləşdirilib və klublara mayın 4-dən etibarən məşqləri bərpa etməyə icazə verilib. Artıq “Roma”, “İnter”, “Napoli”, “Sassuola”, “Boloniya”da futbolçulara qayıtmaqla bağlı göstəriş verib.

O da bildirilir ki, xaricdən İtaliyaya qayıdan hər bir futbolçu 14 gün karantində saxlanılacaq. Amma çox qəribədir ki, İtaliyanın idman naziri Vinçentso Spadafora klubların məşqləri bərpa etməsinə icazə verilmədiyini deyib:

“Mən bir neçə qəribə məlumata rast gəldim. Mənim futbolla bağlı mövqeyimdə heç bir dəyişiklik yoxdur. Komandaların məşqə başlamasına mayın 18-dən icazə veriləcək”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM