"2-3 qadından mənimlə vaxt keçirmələrini istəyirdim"

2 May 2020 14:20 İtaliya 948
"2-3 qadından mənimlə vaxt keçirmələrini istəyirdim"

İtaliya yığmasının sabiq futbolçusu Kristian Vyeri həyatındakı qadınlar haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Vyeri seksual həyatı barədə də açıq söhbət edib. O, həyatındakı ən unudulmaz qadının da adını açıqlayıb:

“Mən, qadınlarla bağlı bir çox hekayənin qəhrəmanı idim. Düzünü desəm, bunların çox az hissəsi uydurmadır, oxuduqlarımın, demək olar ki, çoxu həqiqətdir. Filmlərdə və televiziyada gördüyünüz qızların çoxunun bombardirlə əlaqəsi vardı.

Müntəzəm olaraq bir, hətta 2-3 qadından mənimlə birgə vaxt keçirmələrini istəyirdim. Biz hansısa bir otağa çəkilirdik və bombardirin etməli olduğunu edirdim.

Amma təkcə Elizabet Kanalisi (italyan model, teleaparıcı, aktrisa) çox sevirdim.O, mənim həyatımda yeganə böyük sevgi olub. Yeganə qadındır ki, “böyük sevgi” sözünə layiqdir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti