İtaliya klubları çempionatın bərpasını tələb edir

1 May 2020 21:25 İtaliya 732
İtaliya klubları çempionatın bərpasını tələb edir

İtaliya A Seriyasında çıxış edən 20 klubun hamısı koronavirus pandemiyasına görə dayandırılan çempionatın bərpa olunmasını istəyir.

Sportinfo.az xəbər verir ki, A Seriyasının yayım hüququ məsələsinin həllinə həsr olunmuş bugünkü liqa toplantısında bütün klublar çempionatın davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Qeyd edək ki, İtaliyada mayın 4-dən futbolçuların fərdi, 18-dən isə qrup şəklində məşq etməsinə icazə verilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM