Xanım jurnalisti məhkəməyə verir - Onu təhqir etdiyi üçün

28 Aprel 2020 15:32 İtaliya 823
Xanım jurnalisti məhkəməyə verir - Onu təhqir etdiyi üçün

“Fiorentina”nın fransalı ulduzu Frank Riberi xanım jurnalist Karin Le Marşanı məhkəməyə vermək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Riberi jurnalistin onu təhqir etdiyini iddia edir.

Karin “instaqram”da yazdığı statusda Riberinin fransız dilini yaxşı bilməməsini irad tutaraq, onu təhqir edib.

Riberinin vəkili məsələ ilə bağlı açıqlama verib: “Franka qarşı belə hərəkət yolverilməzdir. Belə yanaşma onu təhqir edir, üstəlik, sosial şəbəkə istifadəçilərini də ona qarşı yönəldir.

Onu da nəzərə almaq lazımdır ki, belə situasiyada zərər təkcə Riberiyə yox, həm də onun ailəsinə dəyir”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM