"Başa düşdüm ki, o, səviyyəli mütəxəssis deyil”

28 Aprel 2020 15:18 İtaliya 664
"Başa düşdüm ki, o, səviyyəli mütəxəssis deyil”

“Latsio”nun hücumçusu Çiro İmmobile ispan mütəxəssis Unai Emeri haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Çiro “Sevilya”da Emerinin rəhbərliyi altında oynayıb.

O, Unain səviyyəli mütəxəssis olmadığını iddia edib: “Sevilya”da durumum yaxşı deyildi. Mənə oynamaq üçün çox az şans verilirdi. Yanvarda getmək niyyətində idim. Amma Emeri mənə ehtiyacı olduğunu deyib, qalmağımı istədi.

Bu söhbətdən dərhal sonra oynadım və iki qol vurdum. Amma ondan sonra Emeri məni yenə də əsas heyətdən çıxardı. Onda başa düşdüm ki, Unai səviyyəli mütəxəssis deyil”.

“Sevilya” Emerinin rəhbərliyi altında Avropa Liqasında ardıcıl 3 dəfə qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti