Məşhur italyan mütəxəssis Fabio Kapello koronavirusun İspaniya futboluna vuracağı zərər barədə danışıb.
Sportinfo.az xəbər verir ki, Kapello pandemiyanın ispan klublarına böyük zərər vuraacağını deyib. O, yalnız “Real”ın istisna olduğunu bildirib:
“Mənim fikrimcə, “Real” yeganə İspaniya klubu olacaq ki, pandemiya ona ciddi zərər vurmayacaq. “Barselona” və “Atletiko” böyük zərər görəcəklər.
Transferlərə gəldikdə isə bazarda köklü dəyişiklik olacaq. O yerə gəlib çıxmışdıq ki, futbolçulara görə ağlasığmaz vəsait ödənilirdi. Amma bundan sonra transfer bazarında daha səmərəli məbləğlər olacaq”.

