"Yuventus" "Barselona”nın oyunçusunu almaq istəyir

26 Aprel 2020 17:00 İtaliya 606
"Yuventus" "Barselona”nın oyunçusunu almaq istəyir

"Barselona”nın 28 yaşlı müdafiəçisi Serxi Roberto karyerasını Turin "Yuventus”unda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, klublar digər futbolçuların da mübadiləsi haqqında danışıqlar aparır.

"Barselona" Artur Ramosu transfer edərək, "Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniçi əldə etmək istəyir.

Roberto 2013-cü ildən "Barselona”nın əsas heyətində çıxış edir. Müdafiəçi cari mövsümdə İspaniya çempionatında 22 matç keçirib və 1 dəfə fərqlənib. Bununla yanaşı, Roberto 2 məhsuldar ötürmə edib, 7 dəfə sarı vərəqə alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti