“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti oğlu Kristianın “canavarlar"ın əzəli və prinsipial rəqibi “Latsio”nun heyətinə transfer olunmasına razı deyil.
Sportinfo.az xəbər verir ki, bir müddət əvvəl Totti jurnalistlərə verdiyi müsahibədə oğlunun “Latsio”ya keçidinin qarşısı almayacağını bildirmişdi.
Lakin futbolçu bu açıqlamısına aydınlıq gətirib: “Mən söyləmişdim ki, əgər oğlum Kristianın agenti olaramsa, “Milan”, Latsio”, “Yuventus”dan gələn zənglərə cavab verərəm. İstənilən halda, Kristian mənə oxşayır, “Latsio”dan gələn təklifdən imtina edərdi. Mən o qədər axmaq deyiləm ki, oğlumu “Latsio”ya yola salım”.
Françesko Tottinin 14 yaşlı oğlu Kristian Totti hazırda “Roma”nın akademiyasında futbolun sirlərini öyrənir. Mütəxəssislər onun istedadını yüksək qiymətləndirirlər.

