Yalnız bir şərtlə qalacaq

26 Aprel 2020 01:52 İtaliya 1 244
Yalnız bir şərtlə qalacaq

Sportinfo.az xəbər verir ki, İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviçin növbəti mövsümdə “Milan”da qalması klubun baş məşqçi ilə bağlı qərarından asılıdır.

Təcrübəli forvard yalnız bir şərtlə İtaliya klubunda qalacaq ki, rəhbərlik indiki baş məşqçi Stefano Piolini postunda saxlasın. Əks halda o, bu yay sözügedən komandadan ayrılacaq.

İbrahimoviçin “Milan”la müqaviləsi bu ilin yayına kimidi. Hazırda A Seriyası koronavirus pandemiyasına görə yarımçıq dayandırıldığından, Zlatan da ölkəsi İsveçə dönüb və sahibi olduğu “Hammarbü” klubu ilə məşq edir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM