İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A seriyasının nə vaxt bərpa oluna biləcəyi ilə bağlı danışıb.
Sportinfo.az xəbər verir ki, prezident pauzanın çox çəkməsindən narahat olduğunu deyib.
O, iyunda çempionatın bərpa olunacağına inandığını vurğulayıb: “Mən İtaliya futbolunun qəbirqazanı olmaq istəmirəm. Mənim borcum futbolu müdafiə etmək, qorumaqdır.
Biz A seriyasının dayanmasına görə narahat deyilik, sadəcə, fasilənin uzun çəkməsinə görə narahatıq. Mən iyun deyirəm. Ümid edirəm ki, iyunda çempionat bərpa ediləcək və İtaliya yenidən futboldan zövq alacaq”.

