“Roma”nın sabiq futbolçusu Françeski Totti ailəsində üzləşdiyi problem barədə danışıb.
Sportinfo.az xəbər verir ki, Tottinin ailəsində pişiyə görə problem yaşanıb.
İş o yerə çatıb ki, əfsanəfi futbolçu həyat yoldaşını boşamaq istəyib: “Həyat yoldaşım pişik alıb ona Donna Paola adını verəndə çox qəzəbləndim. Pişik hər gecə bizim yataqda, ayaqlarımızın üstündə yatırdı.
Çox şirin pişikdir, amma az qala bizim boşanmağımıza səbəb olacaqdı. İlari pişiyi çox istəyirdi. Mən isə deyirdim ki, pişik bizim evimizdə ola bilməz.
Buna görə bir müddət danışmadıq. Ancaq sonrdan mən də pişiyi sevməyə başaldım”.

