”Onlar ayaq basdığım yeri öpməliydi, amma məni ittiham etdilər”

17 Aprel 2020 16:15 İtaliya 1 075
”Onlar ayaq basdığım yeri öpməliydi, amma məni ittiham etdilər”

İtaliya yığmasının sabiq futbolçusu Marko Materatsi DÇ-2006-da Zinəddin Zidanla yaşanan insident barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Marko bu insidentdən sonra vətənində kəskin tənqid olunduğunu bildirib. Materatsi onu tənqid edənləri heç cür anlamadığını deyib:

“Zidanı Fransada müdafiə etdilər. Məni isə həmvətənlərim kəskin tənqid edirdilər. Bunu heç cür anlaya bilmirdim. Onları əsl italyan adlandıra bilmərəm.

DÇ-dən sonra onların tənqidləri məni ağır yaraladı. Həmin şəxslər final qarşılaşmasında hesabı necə bərabərləşdirdiyimi görmüşdülər. Onlar mənim ayaq basdığım torpağı öpməliydilər, amma əvəzində məni ittiham edirdilər”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM