“Breşiya”nın prezidenti Massimo Çellino açıqlama verib.
Sportinfo.az xəbər verir ki, yerli mətbuata danışan Çellino A Seriyasında mövsümün bərpa olunacağı halda, komandasının meydana çıxmayacağını deyib.
İtaliya A Seriyasının mayın sonlarında bərpa olunacağı müzakirə edilir: “Vəziyyətdən yararlanmağa çalışanları görürəm. Yalnız layiq olanları dinləyirəm.
Heç bir üstünlük istəmirəm və A Seriyasını tərk etməkdən qorxmuram. Çünki bilirəm ki, belə olsa da, klub müflisləşməyəcək. Təkrar edirəm, A Seriyası bərpa olunsa, komandam meydana çıxmayacaq”.

