"Bizim evdə rəis xanımdır, o, getməyimi istəmədi" - ƏSL ETİRAF

13 Aprel 2020 00:28 İtaliya 857
"Bizim evdə rəis xanımdır, o, getməyimi istəmədi" - ƏSL ETİRAF

"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo keçmişdə Argentinanın "Boka Xuniors" klubuna keçmək ehtimalının olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, italiyalı keçmiş futbolçu Argentina klubuna transfer olmağında həyat yoldaşının əngəl olduğunu deyib:

"Hər zaman Boka Xuniors"u sevdiyimi demişəm. "Boka Xuniors"a qarşı oynamışam və klublararası dünya kubokunu qazanmışam. 2012-ci ildə bu klubdan təklif aldım.

Ailəmə bu barədə məlumat verdim. Bizim evdə rəis həyat yoldaşımdır. O getməyimi istəmədi və mən də bu qərarla razılaşdım. Uşaqlarımız həmin vaxt kiçik idi, buna görə xanımım getməyimi məqsədəuyğun saymırdı".

42 yaşlı keçmiş yarımmüdafiəçi 2012-ci ildə "Milan"dan İsveçrənin "Sİon" klubuna keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti