"Geri dönəcəyini bilmirəm" - Transfer məsələsi haqda

11 Aprel 2020 17:52 İtaliya 641
"Geri dönəcəyini bilmirəm" - Transfer məsələsi haqda

"İnter" hücumçusu Mauro İkardinin taleyinə aydınlıq gətirə bilmir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Xaver Zanetti açıqlama verib:

"İkardinin geri dönəcəyini bilmirəm. Transfer məsələsini hələ müzakirə etməmişik. İndi əsas mövzu sağlamlıqdır. Hər şey normala dönsün, bundan sonra düşünmək imkanımız olacaq".

Xatırladaq ki, argentinalı cari mövsümü icarə əsasında PSJ-də keçirib. Ancaq Fransa klubu hücumçunu almaqdan imtina edib. Daha öncə İkardi özü də “İnter”ə qayıdacağını açıqlamışdı. Hücumçu cari mövsümdə PSJ-də 31 oyun keçirib və 20 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti