"Yuventus" və "Napoli" "Real"ın hücumçusunu istəyir

9 Aprel 2020 21:50 İtaliya 467
"Yuventus" və "Napoli" "Real"ın hücumçusunu istəyir

“Real”ın hücumçusu Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, oyunçunun xidmətində “Yuventus” və “Napoli” klubları maraqlıdır. Futbolçu ötən mövsümü icarə əsasında “Bavariya”da keçirib. Yenidən “Real”a qayıdan Rodriges komandadan göndəriləcək.

Buna səbəb baş məşqçi Zinəddin Zidanın hücumçunun çıxışından narazı olmasıdır. Kolumbiyalı forvardla “Mançester Yunayted”in də maraqlandığı iddia edilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"