"Hamiləyəm, uşağıma nəsə olmasını istəmirəm, çox narahatam"

9 Aprel 2020 14:50 İtaliya 686
"Hamiləyəm, uşağıma nəsə olmasını istəmirəm, çox narahatam"

"Yuventus"un müdafiəçisi Daniele Ruqaninin sevgilisi Mikaela Periskoda COVID-19 pandemiyasına yoluxmalarından danışıb.

Sportinfo.az xəbər verir ki, televiziyada çalışan xanım jurnalist hələ də sağalmadıqlarını deyib:

"Koronavirusu yüngül keçirənlər üçün təyin edilən 20 gün müddətini keçdik, amma son yenə də müsbət çıxdı. Xəstəxanada gənc olduğum üçün təhlükənin az olduğunu dedilər. Buna görə özümə təsəlli verirəm. Ancaq Ruqani ilə görüşə bilmirik.

O, "Yuventus"un otelində qalır. Yalnız görüntülü zənglə kifayətlənirik. 4 aylıq hamiləyəm, buna görə mütəmadi həkimə getməliyəm. Uşağıma nəsə olmağını istəmirəm, çox narahatam".

Ruqani "Yuventus"da koronavirus yoluxan ilk futbolçu olub.

Digər Xəbərlər
Xəbər Lenti