İdman direktoru: "Məndə olan məlumata görə…"

9 Aprel 2020 13:26 İtaliya 635
İdman direktoru: "Məndə olan məlumata görə…"

İngiltərə Premyer Liqası mövsüm başa çatdırılmadan dayandırıla bilər.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa rəhbərliyi bu məsələni müzakirə edib və qərarın qəbul edilməsi ehtimalı yüksəkdir.

Bu barədə “Udineze”nin idman direktoru Perpaolo Marino məlumat verib: "Artıq Belçikda belə qərar verilib. Məndə olan məlumata görə, İngiltərədə də bu addımı atmağa hazırlaşırlar.

Ona görə ki, İngiltərədə koronavirusa görə durum getdikcə gərginləşir. Vəziyyət çox ciddidir. Ümid edirəm ki, biz yenə də futboldan zövq alacağıq. Amma cari yox, yeni mövsümə görə narahatam”.

İtaliyanın “Uduineze” və İngiltərənin “Uotford” klubları Potso ailəsinə məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?