Hücumçusunu ərəblərə satmaq istəyir - “Barselona”

28 İyul 2024 10:15 İspaniya 1 560
Hücumçusunu ərəblərə satmaq istəyir - “Barselona”

“Barselona”nın hücumçu Vitor Rokeni Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna satmağa hazır olacağı məbləğ məlum olub.

Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, “Əl-Hilal” 19 yaşlı futbolçunu sonradan almaq öhdəliyi ilə icarəyə götürmək istəyir.

Bununla belə, Kataloniya klubu braziliyalı forvardın 40 milyon avroya tam hüquqlu transferində israrlıdır.

Roke ötən mövsüm “Barselona”nın heyətində 16 oyun keçirib və 2 qol vurub. O, bu ilin yanvarından İspaniya klubunun rənglərini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM