Komandada koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatdı

15 Mart 2020 09:40 İtaliya 984
Komandada koronavirusa yoluxan futbolçuların sayı 7-yə çatdı

"Sampdoriya"nın daha bir futbolçusu koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu, polşalı müdafiəçi Bartoş Bereşinskidir.

27 yaşlı Bereşinski Genuya təmsilçisinin koronavirus testi müsbət nəticələnən 7-ci oyunçusudur. Daha əvvəl Manolo Qabbyadini, Omar Kolli, Albin Ekdal, Morten Torsbyu, Antonio La Qumina və Fabio Dapaoliyə belə bir diaqnoz qoyulub.

Beləliklə, İtaliyada koronaviruslu futbolçuların sayı 11-ə çatıb. "Sampdoriya"nın oyunçularından əlavə, "Yuventus"dan Daniele Ruqani, "Fiorentina"dan isə Duşan Vlahoviç, Patrik Kutrone və Xerman Pesselyadan da COVİD-19 virusu tapılıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu