"Yoluxmamışam" - Dibaladan koronavirus açıqlaması

13 Mart 2020 19:55 İtaliya 817
"Yoluxmamışam" - Dibaladan koronavirus açıqlaması

“Yuventus”un futbolçusu Paulo Dibala koronavirusa yoluxması haqda yayılan xəbərləri təkzib edib.

Sportinfo.az xəbər verir ki, argetninalı hücumçu bu barədə Tvitter hesabında paylaşım edib.

O, paylaşımında səhhətinin qaydasında, yayılan məlumatların isə əsassız olduğunu bildirib:

“Hər kəsə yaxşı olduğumu və könüllü olaraq təcrid olunduğumu demək istədim. Mesajlarınıza görə hamınıza təşəkkür edirəm. Ümid edirəm, sizin üçün də hər şey yaxşıdır”.

Turin təmsilçisinin 1 futbolçusu- Daniele Ruqani virusa yoluxub. Klubun 121 işçisi və oyunçular karantinə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti