Polis Ronaldonun menecerinin ofisində axtarış apardı

5 Mart 2020 15:32 İtaliya 466
Polis Ronaldonun menecerinin ofisində axtarış apardı

Portuqaliya polisi İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun meneceri Jorje Mendeşin ofisində axtarış aparıb.

Sportinfo.az xəbər verir ki, Mendeş vergidən yayınmaqda şübhəli bilinir. Hüquq-mühafizə orqanları Portuqaliyanın "Portu", "Benfika" və "Sportinq" klublarının da ofislərində axtarış həyata keçirib.

Ümumilikdə 76 axtarış aparılıb, prosesdə 180-dən çox polis əməkdaşı və 101 vergi müfəttişi iştirak edib.

Polis axtarış zamanı 2015-ci ildən həyata keçirilən pul köçürmələri və digər əməliyyatları əhatə edən sənədləri götürüb. Polis sənədləri həm kağız, həm də elektron formada müsadirə edib.

Axtarışların digər təfərrüatları açıqlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti