Koronavirus "Napoli" - "İnter" oyununu da təxirə saldı

4 Mart 2020 23:40 İtaliya 434
Koronavirus "Napoli" - "İnter" oyununu da təxirə saldı

İtaliya Kubokunun yarımfinal mərhələsində "Napoli" və "İnter" klubları arasında keçirilməli olan cavab oyunu ləğv olunub.

Sportinfo.az xəbər verir ki, martın 5-də Neapolda oynanılması nəzərdə tutulan qarşılaşma koronavirus epidemiyasına görə təxirə salınıb.

Görüşün yeni tarixi hələlik açıqlanmayb. Milan şəhərində keçirilən ilk matçda meydan sahibləri 0:1 hesabı ilə uduzmuşdu.

Bundan əvvəl XXV turun "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo", "İnter" - "Sampdoriya" oyunları, həmçinin XVI turun "Yuventus" - "İnter", "Udineze" - "Fiorentina", "Milan" - "Cenoa", "Parma" - SPAL və "Sassuolo" - "Breşiya" görüşləri də eyni səbəbdən təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti