Ronaldo qiymətindən narazı qaldı, məşhur saytı blok etdi

3 Mart 2020 16:10 İtaliya 739
Ronaldo qiymətindən narazı qaldı, məşhur saytı blok etdi

"Yuventus”un futbolçusu Kriştiano Ronaldo “transfermarkt”ın rəsmi səhifəsini əngəlləyib.

Sportinfo.az xəbər verir ki, “transfermarkt” “instagram”da agent Jorje Mendeşin menecerliyini etdiyi futbolçulardan ibarət rəmzi heyət hazırlayıb.

Bu heyətdə Ronaldonun hazırkı təzminat qiyməti 75 milyon avro olaraq dəyərləndirilib. Transfer qiymətindən razı qalmayan Ronaldo, sözügedən sosial şəbəkədə “transfermarkt”ın səhifəsini əngəlləyib. Portal paylaşıma Ronaldonu “tağ” edə bilmədiklərini yazıb:

“Ronaldo öz qiymətini gördükdən sonra bizi əngəllədiyi üçün onu tağ edə bilmirik”.

Rəmzi heyətdə ən bahalı futbolçu kimi “Mançester Siti”nin üzvü Bernardo Silva göstərilib – 100 milyon avro.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"