"Yuventus" koronavirusa görə məşqləri dayandırdı

2 Mart 2020 16:41 İtaliya 481
"Yuventus" koronavirusa görə məşqləri dayandırdı

“Yuventus”un U-23 komandası koronavirusa görə karantinə göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Komandanın fevralın 23-də C Seriyasında qarşılaşdığı “Pyaneze”nin 3 futbolçusunun və bir klub nümayəndəsinin koronavirusa yoluxduğu aşkarlanıb. Bu üzdən də Turin klubu belə bir qərar qəbul edib.

Komandada məşqlər müvəqqəti olaraq dayandırılıb. Klubun yaydığı bəyanatda heç bir futbolçunun sözügedən virusa yoluxmadığı da bildirilib.

Qeyd edək ki, Avropada koronavirusun ən çox yayıldığı ölkə İtaliyadı.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”