İtaliyada futbol koronavirusa təslim olur

2 Mart 2020 13:40 İtaliya 1 089
İtaliyada futbol koronavirusa təslim olur

İtaliya hakimiyyəti bəzi regionlarda bütün futbol qarşılaşmalarının təxirə salınması ilə bağlı göstəriş verib.

Sportinfo.az xəbər verir ki, hakimiyyət bu göstərişi koronavirus təhlükəsinə görə verib. Qadağa martın 8-nə qədər qüvvədə qalacaq.

Həmin müddətə qədər ölkənin koronovirus təhlükəsi olan regionlarında heç bir futbol qarşılaşması keçirilməyəcək. Bəzi regionlarda isə oyunlar azarkeşlərsiz keçiriləcək.

Qadağa Lomabrdiya, Veneto, Emilya-Romanya regionlarına aiddir. Bu müddətdə A seriyasının da 4 qarşılaşması – “Atalanta” – “Latsio”, “Bolonya” – “Yuventus”, “İnter” – Sassuola”, “Veron” – “Napoli” oyunları da baş tutmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!