Ronaldo və Dibala “Yuventus”lu oyunçuları tənqid etdi

1 Mart 2020 22:50 İtaliya 1 963
Ronaldo və Dibala “Yuventus”lu oyunçuları tənqid etdi

“Yuventus”un hücumçuları Kriştiano Ronaldo və Paulo Dibala komandalarının yarımmüdafiə xəttini tənqid ediblər.

Sportinfo.az xəbər verir ki, onlar komanda yoldaşlarının Çempionlar Liqasının 1/8 final mərhələsində “Lion”a qarşı oyundakı (0:1) fəaliyyətlərindən narazı qalıblar.

Qeyd edilir ki, hər iki oyunçu ikinci hissədə meydana çıxanda tuneldə öz aralarında dialoq aparıblar. Bu isə kameraya düşüb. Ronaldo və Dibala yarımmüdafiəçilərin onları lazımi şəkildə topla təmin etmədiyini bildiriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti