"Onu həmişə tənqid etmişəm, bundan sonra da edəcəm"

12 Fevral 2020 09:56 İtaliya 806
"Onu həmişə tənqid etmişəm, bundan sonra da edəcəm"

"Yuventus"un keçmiş prezidenti Covanni Kobolli Cili İtaliya A Seriyasının son turunda "Verona"ya 1:2 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Mauritsio Sarrini tənqid edib.

Sportinfo.az xəbər verir ki, Cili italiyalı mütəxəssisin işini heç vaxt bəyənmədiyini bildirib.

O deyib ki, Sarrinin söylədikləri ilə etdikləri üst-üstə düşmür: "Sarrini hər zaman tənqid etmişəm, bundan sonra da edəcəm. Baş məşqçi deyir ki, Dibala yaxşı futbolçudur. Eyni zamanda, ondan canını qurtarmağa çalışır. Burada nəsə qaydasında getmir".

Sabiq prezident "Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç haqda da danışıb. Cili bosniya və herseqovinalı yarımmüdafiəçini pendirə bənzədib:

"Pyaniçin oyununu görmüsüz? Yumşaq pendirə bənzəyir. Ona təcili istirahət lazımdır. Komandada, xüsusilə də yarımmüdafiə xəttində böyük problemlər var".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!