"Milan” ÇL-ə vəsiqə qazanmasa, baş məşqçini qovacaq

12 Fevral 2020 00:42 İtaliya 658
"Milan” ÇL-ə vəsiqə qazanmasa, baş məşqçini qovacaq

“Milan” baş məşqçisi Stefano Piolinin qarşısına şərt qoyub.

Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi mövsümün sonunda mütləq UEFA Çempionlar Liqasına vəsiqə qazanmalıdı.

Əks halda Pioli qovulacaq. 54 yaşlı italiyalı mütəxəssis 2019-cu ilin oktyabr ayından bu komandaya baş məşqçi təyin olunsa da, Milan təmsilçisində cddi dəyişiklik yarada bilməyib.

“Calciomercato” nəşrinin iddiasına görə, Piolinin mövsümün gedişində də istefaya göndərilməsi mümkündü. Nəticələr daha da pisləşsə, italiyalı mütəxəssis daha tez postundan uzaqlaşdırılacaq.

Artıq Piolinin qovulacağı halda “Milan”a kimin gətiriləcəyi də bəllidi. İddiada bildirilir ki, klub rəhbərliyi onu Ralf Ranqniklə əvəz edəcək.

“Milan” 23 turdan sonra 32 xalla 10-cu pillədə qərarlaşıb və ÇL zonasından 10 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti