"Bu qədər mükafat qazanacağım ağlıma da gəlmirdi"

6 Fevral 2020 20:20 İtaliya 857
"Bu qədər mükafat qazanacağım ağlıma da gəlmirdi"

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo 35 illik yubileyi münasibəti ilə "A Bola" nəşrinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, müsahibə zamanı bildirib ki, uşaq vaxtı 35 yaşında balıqçı olacağını düşünüb:

"Uşaq vaxtı düşünürdüm ki, 35 yaşım olanda Madeyrada balıq tutacağam. Belə yerlərdə oynayıb, bu qədər mükafat qazanacağım ağlıma da gəlmirdi".

Portuqaliyalı hücumçu altıncı Çempionlar Liqasını qazanmaq imkanın da olduğu söyləyib: "Yuventus"da bunu edə bilərəm.

Belə çətin turnirdə hər şey bir çox amildən asılı olur. Amma hesab edirəm ki, bu, mümkündür. Çünki yaxşı komandamız var. Biz addım-addım irəli gedirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!