"Heç nədən qorxmuruq, məni onunla müqayisə etmək doğru deyil"

6 Fevral 2020 15:24 İtaliya 808
"Heç nədən qorxmuruq, məni onunla müqayisə etmək doğru deyil"

“İnter”in yeni transferi Kristian Eriksen qarşıdakı “Milan” derbisi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi heç nədən qorxmadıqlarını bildirib:

“Milan derbisi haqda nə demək olar. Mən bunu dəfələrlə televizordan izləmişəm. Ancaq indi meydanda olacam. Düşünürəm ki, hər şey fərqli olacaq.

Stadionda möhtəşəm ab-hava yaranacağının fərqindəyəm. Ancaq biz heç nədən qorxmuruq. İbrahimoviçlə məni müqayisə etmək doğru deyil.

O, belə oyunlara çox alışıb. Mən isə debüt edəcəm. Hazırda komanda olaraq yaxşı vəziyyətdəyik. Ancaq derbidə hər şey ola bilər”.

“İnter” – “Milan” matçı bazar günü saat 23:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti