"Həyatımın kişisini təbrik edirəm" - VIDEO+FOTO

6 Fevral 2020 12:44 İtaliya 1 331
"Həyatımın kişisini təbrik edirəm" - VIDEO+FOTO

"Yuventus"un futbolçusu Kriştianu Ronaldoya 35 illik yubileyi münasibətilə dostları və yaxınları yeni avtomobil hədiyyə edib.

Sportinfo.az xəbər verir ki, hədiyyənin təqdim olunduğu anları portuqaliyalı hücumçunun xanımı Corcina Rodriges şəxsi "Instagram"ında paylaşıb. O, videoya "Həyatımın kişisini təbrik edirəm" yazıb.

Ronaldo restorandan çıxışda böyük qırmızı sarğı ilə bəzədilmiş "Geländewagen" görüb. Təcrübəli forvard hədiyyəyə görə çox sevinib və onu portuqalca təbrik edən yaxınlarına minnətdarlığını bildirib.

Bu mövsüm Kriştianu Ronaldo klub səviyyəsində 27 oyuna 22 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayınadədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti